Asəf Hacıyev: “Azərbaycan dövləti müxtəlif yollara əl atacaq” AÇIQLAMA

Asəf Hacıyev: “Azərbaycan dövləti müxtəlif yollara əl atacaq” AÇIQLAMA

"III Bakı Beynəlxalq Hümanitar Forumunda ilk dəfə olaraq 13 Nobel mükafatçısı laureatı iştirak etdi. Bunun özü təqdirəlayiq hal idi. Onların Azərbaycana gəlməsi və buradakı inkişafı öz gözləri ilə görməsi, hesab edirəm ki, dövlətimizin gələcəkdə nüfuzunun daha da artırılmasına əlverişli zəmin yaradacaq". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Asəf Hacıyev III Bakı Beynəlxalq Hümanitar Forumunun ölkəmiz üçün əhəmiyyəti və mahiyyəti barəsində danışarkən deyib.

"Forumda cənab Prezident İlham Əliyevin çıxışı birmənalı olaraq tədbir iştirakçıları tərəfindən çox yüksək qiymətləndirildi. Təbii ki, bu da onu göstərdi ki, ölkə başçısı dünyada baş verən prosesləri dərindən təhlil edir. Məhz bunun nəticəsi kimi də dövlətimiz günü-gündən inkişaf edir. Hesab edirəm ki, bu cür forumlar davamlı olacaq. Çünki bu, birmənalı olaraq Azərbaycan dövlətinin daha da tanınmasına xidmət edir. Forum iştirakçılarının ölkəmizə gəlməsi, həm də ona dəlalət edir ki, artıq ölkəmizin həm daxili, həm də xarici siyasəti dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Cənab Prezident həmçinin öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq ölkəmizin sülhsevər siyasəti haqqında ətraflı məlumat verdi. Dövlət başçısı bəyan etdi ki, Azərbaycan bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Diqqətə çatdırıldı ki, əgər Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyində qalarsa, Azərbaycan müxtəlif yollara əl atacaq" – deyə, millət vəkili sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə