Deputatlarımız ölkəni tərk edirlər SƏBƏB

Deputatlarımız ölkəni tərk edirlər SƏBƏB

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Azər Badamov noyabrın 4-8-dək Tacikistana səfər edəcəklər. Mili Məclisdən SİA-ya verilən məlumata görə, səfərdə məqsəd həmin ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməkdir. Deputatlar seçkiləri MDB Parlament Assambleyasının və qurumun İcraiyyə Komitəsinin xətti ilə müşahidə edəcəklər. Aydın Mirzəzadə və Azər Badamov paytaxt Düşənbədə bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin edilməsi, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə