Gürcüstanın yeni baş nazirinin adı məlum olub. Gürcüstanın baş naziri Bidzina İvanişvili bir müddət öncə bildirib ki, prezident seçkilərindən sonra vəzifəsindən gedəcək. Beləliklə, İvaniçvilinin lideri olduğu "Gürcü arzusu" kolaisiyasının nümayəndəsi Georgi Marqvelaşvili prezident seçkisinin qalibi oldu. Noyabrın 2-də İvanişvili xələfinin – Gürcüstanın yeni baş nazirinin kimliyini elan edib. Məlim olub ki, hakimi "Gürcü arzusu" koalisiyası hazırkı daxili işlər naziri İrakli Qaribaşvilinin baş nazir vəzifəsinə namizədliyini dəstəkləyir. İrakli Qaribaşvili gürcü mətbuatına açıqlamasında bəyan edib ki, Bidzina İvanişvilinin başladığı yolu - quruculuq yolunu davam etdirmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki, İraklii Qaribaşvilinin 31 yaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB