“Nobel mükafatçıları Bakıda meqaforumda”

“Nobel mükafatçıları Bakıda meqaforumda”

Bolqarıstanın nüfuzlu "Standart" qəzetində "Nobel mükafatçıları Bakıda meqaforumda" adlı məqalə dərc olunub.

Məqalənin müəllifi qəzetin III Bakı Beynəlxalq Humanitar Forumunda Bolqarıstanı təmsil etmiş jurnalisti Lyubomir Mixaylovdur.

Müəllif Forumda dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslərin, ictimai-siyasi, elm, mədəniyyət xadimlərinin, Nobel mükafatı laureatlarının, sabiq dövlət başçılarının iştirak etdiklərini yazıb.

Məqalədə Bakının beynəlxalq əməkdaşlıq mərkəzlərindən birinə çevrildiyi, Forumda müasir dünyamız üçün aktuallıq kəsb edən məsələlərin həllinə dair ideya və təkliflərin səsləndiyi diqqətə çatdırılıb.

Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılışında söylədiyi nitqin böyük maraq doğurduğunu vurğulayıb.

Yazıda Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanova istinadən bildirilib ki, İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycan xalqının dövlət başçısının siyasətinə verdiyi dəstəyin bariz göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə