"Bakı müasir və qədim tikililəri ilə diqqət çəkən şəhərdir"

"Bakı müasir və qədim tikililəri ilə diqqət çəkən şəhərdir"

"Azərbaycanın paytaxtı Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda aktual məsələlər müzakirə olunub. Xüsusilə medianın problemləri, sosial məsələlər diqqət mərkəzində idi. Forum yüksək səviyyədə təşkil olunub, burada iştirakımdan çox məmnunam. Forumun III dəfə Bakıda keçirilməsi Azərbaycanın artıq dünyanın önəmli ölkələrindən biri olduğunu sübut edir". Bu fikirləri SİA-ya açıqlamasında III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, isveçrəli Rondanini Giovanni Stanislav forumla bağlı təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, Forumda iştirak həm də Azərbaycan ilə yaxından tanış olmağa gözəl şərait yaradıb: "Biz Bakı ilə yanaşı, regionlarda da olacağıq. Bakı müasir və qədim tikililəri ilə diqqəti çəkən, gözəl şəhərdir. İçərişəhər xüsusilə məni valeh edib".

Bütün xəbərlər Facebook səhifəmizdə