Efiopiya parlamentinin spikeri Azərbaycana heyran qalıb

Efiopiya parlamentinin spikeri Azərbaycana heyran qalıb

"İlk dəfə Azərbaycanda oluram. Ölkəniz sözün həqiqi mənasında çox maraqlı və cəlbedicidir". Bunu SİA-ya Efiopiya Parlamentinin spikeri Abadulla Gemeda Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti haqqında danışarkən deyib.

"Mən Efiopiya dövlətindən gəlmişəm. Azərbaycan özünün maraqlı tarixi ilə seçilir. Bakıda keçirilən Humanitar Forumda çox ciddi müzakirələr və diskussiyalar aparılır. Mən öz ölkəmdə Efiopiya parlamentinin spikeri vəzifəsini icra edirəm. Burada müzakirə olunan məsələləri Efiopiya parlamentində də müzakirə edəcəyik. "Davamlı inkişaf və ekoloji sivilizasiya" məsələlərinin müzakirəsi çox vacibdir. Bu mənada Bakıda təşkil olunan forumun əhəmiyyətini yüksək dəyərləndirirəm. Bizim ölkədə 72-dən çox millət vardır ki, onların da hərəsinin özünün dili və mədəniyyəti var" -deyə, spiker sözlərinə əlavə edib

Bütün xəbərlər Facebook səhifəmizdə