"Texnologiyaların konvensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" adlı dəyirmi masa keçirilir

"Texnologiyaların konvensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" adlı dəyirmi masa keçirilir

Ölkəmizdə keçirilən III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Texnologiyaların konvensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" adlı dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, dəyirmi masa 4 hissədən ibarətdir.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə və bir sıra xarici ölkələrdən gələn rəsmilər iştirak edir.

Qeyd edək ki, III Bakı Beynəlxalq Humanitar Forumu ötən gün öz işinə başlayıb. Bu gün Forum çərçivəsində 8 istiqamətdə dəyirmi masalar keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə