Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. SİA-nın məlumatına görə, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri dövlətimizin başçısını prezident seçkilərində uğurlu qələbəsi münasibətilə təbrik edib.
Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumu mədəni, humanitar və digər sahələrdə dünyada gedən proseslərin müzakirəsi üçün növbəti əlverişli fürsət kimi dəyərləndirilib.
Söhbət zamanı Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB