Prezident və xanımı Fransa parlamentinin nümayəndə heyəti ilə görüşüblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva bu gün Fransa parlamentinin deputatları və senatorlarından ibarət nümayəndə heyəti ilə görüşüblər. SİA-nın məlumatına görə, Fransa parlamentinin deputatları və senatorları Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik ediblər.
Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun dünya ölkələri arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə yeni töhfələr verəcəyi qeyd edilib. Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Parlamentlərarası dostluq qruplarının əməkdaşlığının iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsindəki rolu vurğulanıb.
Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB