Mixail Şvıdkoy: "Qoy, əvvəl ziyalılar görüşsün" MÖVQE

Mixail Şvıdkoy: "Qoy, əvvəl ziyalılar görüşsün" MÖVQE

"Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşündən əvvəl hər iki ölkə ziyalılarının növbəti görüşünün keçirilməsini təklif etmişik". SİA-nın məlumatına görə bu barədə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy jurnalistərin suallarını cavablandırarkən deyib.

O, bilbirib ki, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparacaqlar: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl ziyalıların görüşməsinin mümkünlüyündən söhbət açmışdıq. Hesab edirəm ki, belə bir görüş məqsədəuyğundur. Biz bu işlə uzun illərdir məşğul oluruq. İstənilən siyasi qərarları qəbul etmək olar, lakin xalqlar bu siyasi qərarların niyə qəbul olunduğunu anlamasa, həmin qərarlar həyata keçməyəcək".

Erməni tərəfinin təklifə münasibət barədə sualı cavablandıran M.Şvıdkoy deyib ki, Azərbaycandakı seçkilərdən sonra bu məsələ üzrə məsləhətləşmələrin aparılması erməni tərəfi ilə razılaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə