"Bizim Azərbaycan mətbuatında jurnalistlər arasında ixtisaslaşma yox dərəcəsindədir". SİA-nın məlumatına görə, bunu bu gün millət vəkili, professor Musa Qasımlı "Beynəlxalq münasibətlər mövzusu media müstəvisində" adlı dəyirmi masada çıxışı zamanı deyib.
Parlament üzvünün sözlərinə görə, əgər bu gün hansısa jurnalist kənd təsərrüfatından yazırsa, sabah həmin o jurnalist siyasətdən, mədəniyyətdən və s. yazır: "Bu, bizim mətbuatı çox ağır vəziyyətı düçar edir. Qanarar xatirinə yazmaq çox çətindir. Hesab edirəm ki, beynəlxalq münasibətləri bilən jurnalistlər bu işə cəlb edilməlidir. Bir sözlə, bu sahə üzrə peşəkar jurnalistlər yetişməlidir. Bu mənada mən layihənin əhəmiyyətini xüsusilə dəyərləndirir və dəstək verirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB