XİN sözçüsü: “Azərbaycan Mədəniyyətlərarası dialoq məkanına çevrilib” AÇIQLAMA

XİN sözçüsü: “Azərbaycan Mədəniyyətlərarası dialoq məkanına çevrilib” AÇIQLAMA

"Ümumiyyətlə, III Bakı Beynəlxalq Hümanitar Forumunun ölkəmizdə keçirilməsi onu göstərir ki, Azərbaycanın beynəlxalq tribunadan səsləndirdiyi tezislərin, fikirlərin, təşbbüslərin hər biri artıq həyata keçirilir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Elman Abdullayev deyib.

"Ölkəmiz artıq bir neçə dəfədir ki, bu kimi tədbirlərə ev sahibliyi edir. Bu gün Azərbaycana səfər edən qonaqlar olduqca əhəmiyyətli və beynəlxalq arenada böyük nüfuza malik olan şəxslərdir. Bu onu göstərir ki, ölkəmiz Mədəniyyətlərarası dialoq məkanına çevrilib. Bu gün Azərbaycan dünyada dəstəklədiyi Multikulturalizmin əsl real icraedicisidir. Azərbaycan bütün dünyaya sübut etdi ki, Multikulturalizm dəyərlərini həyata keçirən və bu dəyərləri təşviq, təbliğ edən ölkədir. Təbii ki, belə bir hümanitar forumun ölkəmizdə keçirilməsi və bu tədbirə ev sahibliyi etməmiz, Azərbaycanın ciddi və çoxşaxəli xarici siyasət gündəliyini və s. ortaya qoyur"- deyə, Elman Abdullayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə