ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftənin əvvəlində Azərbaycana gələcək. ABŞ-ın ölkəmizdəki səfiriliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı həmsədrlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranan vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilidir. Onlar Bakıdan Ermənistana yola düşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB