"III Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası əlaqələrdə mühüm rol oynayır"

"III Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası əlaqələrdə mühüm rol oynayır"

"Bu gün Azərbaycan yeganə ölkədir ki, hər il burada beynəlxalq forumlar keçirilir və dünyanın tanımış insanları, nobel laureatları, müxtəlif ölkələrin eks-prezidentləri və baş nazirləri ölkəmizə toplaşırlar". Bu fikirləri SİA-ya Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, təşkil olunan forumda dünyanın tanınmış elm, ictimai və siyasi xadimləri toplaşacaq: "Bu da onu göstərir ki, Azərbaycanda gedən inkişaf, ölkənin daxili və xarici siyasəti tanınmış şəxsiyyətlər tərəfindən qəbul olunub və dəstəklənir. Eyni zamanda Azərbaycanda mövcud olan tolerantlıq, insanların bir-birinə qarşı münasibəti dünyanın tanınmış şəxslərinin məhz Bakıda toplaşmasına səbəb olur. Digər tərəfdən bu forumun keçirilməsi müxtəlif mədəniyyətlərin paytaxt Bakıda cəmləşməsi deməkdir. Onların Azərbaycan mədəniyyətinin elementlərini öz ölkələrinə aparması isə qarşılıqlı olaraq mədəniyyətlərin inkişafına böyük şərait yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə