Vahid Əhmədov: “Beynəlxalq Forumlar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir” MÜNASİBƏT

Vahid Əhmədov: “Beynəlxalq Forumlar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir” MÜNASİBƏT

"Ölkəmizdə keçirilən beynəlxalq Forumlar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir". Bu sözləri millət vəkili Vahid Əhmədov ölkəmizdə keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, bu cür forumlar ölkələr arasında mədəni əlaqələrin qurulmasında, münasibətlərin yaranmasında xüsusi rola malikdir ki, bu da müstəqil dövlətlər üçün xüsusi önəm daşıyır.

Onun sözlərinə görə, bu cür Forumlarda imzalanan sənədlər ölkə üçün mühümdür:" Ümumiyytlə mən ölkəmizdə keçirilən bu cür forumları yüksək qiymətləndirirəm və həmin forumlarda iştirak da edirəm. Düşünürəm ki, humanitar və digər ölkələr arasında keçirilən forumlar ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Orada gündəmdə olan məsələlər müzakirə olunur ki, bu halı müsbət kimi qiymətləndirirəm. Bu cür forumlar ölkələrin iqtisadi vəziyyətini müzakirə edib onun dünyaya çatdırılması üçün əhəmiyyətlidir".

Qeyd edək ki, 2013-cü ilin 31 oktyabr – 1 noyabr tarixlərində ölkəmizdə III Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə