Baş Klinik Hospitalının rəisi işdən çıxarılıb

Baş Klinik Hospitalının rəisi işdən çıxarılıb

Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının rəisi işdən çıxarılıb. SİA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Silahlı Qüvvələrin Baş Klinik Hospitalın rəisi Firudin Qarabəyov tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi təyin edilib. Qeyd edək ki, F. Qarabəyov Silahlı Qüvvələrin Baş Klinik Hospitalın rəisi təyin olunana qədər Mərkəzi Hərbi Poliklinikasının rəisi vəzifəsində çalışıb.

Müdafiə nazirinin digər əmri ilə ehtiyatda olan zabit Tofiq Tağıyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsinə təyinat alıb.Tofiq Tağıyev bu gün hərbi hospitalın şəxsi heyətinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə