Fərhad Məmmədov: “Hər hansı bir provakativ addımın qarşısı alınacaq”
"Ermənistan tərəfindən "Status-kvonun möhkəmləndirilməsi istiqamətində atılan hər hansı bir provakativ addımların qarşısı Azərbaycan tərəfindən alınacaq". Bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Starteji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistan tərəfinin provakativ addımlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hər hansı bir uçuşa razılıq verməsə, ermənilər işğal olunmuş ərazilərimizdə uçuş həyata keçirə bilməzlər: "Xocalı aeraportunun ermənilər tərəfindən istifadəsi məsələsi ortaya çıxanda Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı çox səmərəli iş apardı. Bundan başqa Azərbaycan hava məkanı daxilində həyata keçirilən bütün uçuşlar ölkəmizlə razılaşdırılmalıdır. Bu məsələdə Beynəlxalq Aviasiya Təşkilatı da Azərbaycanın mövqeyini dəstəkləyir".
İşğal olunmuş ərazilərimizdə hərbi təlimlərin keçirilməsinə münasibət bildirən SAM-ın direktoru bildirib ki, bu məsələ Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərində olmasını və işğal faktorunu bir daha sübut edir: "Azərbaycana qarşı bir təcavüz cəhdi var. Bu da Beynəlxalq Hüququn pozulması deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB