ADU-da Ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub YENİLƏNİB-FOTOLAR

ADU-da Ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub YENİLƏNİB-FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, universitetin foyesində qoyulan və müasir ornamentdə hazırlanmış büstün açılış mərasimində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Eldar İbrahimov, Hadi Rəcəbli, Rəbiyyət Aslanova, Məlahət Həsənova, Xanlar Fətiyev, Nəsimi rayon İcra Hakimiyyətini başçısı Nəsib Məhəməliyev, eləcə də ictimai təşkilat nümayəndələri iştirak ediblər.

Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə start verilib

Sonra Səməd Seyidov çıxış edərək deyib ki, Azərbaycan Dillər Universiteti (ADU) olaraq Azərbaycan prezidenti cənab İlham Əliyevə, onun siyasətinə, gördüyü işlərə sadiqliyimizi hər zaman nümayiş etdirəcəyik və buna öz töhvəmizi verəcəyik: "Əminik ki, növbəti 5 ildə də Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmiz yeni-yeni zirvələri, uğurları fəth edəcək və daha yüksək səviyyədə dünyada arenasında özünəməxsus şəkildə yer tutacaq. Bugünkü Azərbaycanın uğuru ölkə başçısının apardığı məntiqli daxili və xarici siyasətin nəticəsidir. Bu işlərin içərisində ən vacib məsələlərdən biri cənab İlham Əliyevin dəfələrlə dediyi "Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq olmaqdır".

Deputat universitetin kollektivi, tələbə və müəllim heyəti adından cənab Prezident İlham Əliyevi qələbə qazanması münasibətilə təbrik edərək və ona yeni yaradıcılıq uğurları arzu edib.

Daha sonra millət vəkili Rəbiyyət Aslanova qonaqları salamyaraq deyib ki, hər dəfə ADU-ya gələrkən yeni-yeni dəyişikliklərin şahidi olunur. Xalqın tarixən qurduğu və bu günə qədər gətirib çıxardığı mənəvi dəyərlər içərisində ən gözəli sahiblik hissidir. Bununla belə xalqının öz dininə, tarixinə və böyük tarixi şəxsiyyətlərinə olan hörməti, ehtiramıdır. Təbii ki, bud a qarşılıqlıdır. Bütün bu illər ərzində biz bu birliyin, yüksək ehtiramın şahidi olduq".

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova da çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin 9 oktyabrda qazandığı qələbə münasibətilə dəyərli fikirlərini bölüşüblər və ADU-nun bir qrup üzvünə YAP-ın üzvülük vəsiqələri təqdim olunub.

Sonra qonaqlar universitetin foyesində ADU-nun tələbəsi olmuş 20 yanvar şəhidi Ülvi Bünyadzadənin də açıq muzeyinin açılışını ediblər. Şəhidin atası Yusif Bünyadzadə göstərilən bu diqqətə görə, ADU-nun rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə