Deputat: “Bizim hansısa sənəd hazırlamağımıza ehtiyac yoxdur” AÇIQLAMA
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkilərinin nəticəsi ilə bağlı məsələ noyabrın 22-də AŞPA Daimi Komitəsinin Vyanada keçiriləcək iclasında geniş müzakirə olunacaq". SİA-nın məlumatına görə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı, professor Səməd Seyidov bildirib.
Deputatın sözlərinə görə, AŞPA-nın Daimi Komitəsinin sıralarına nümayəndə heyətlərinin rəhbərləri, büro üzvləri və komitə sədrləri daxildir: "Burada tək Azərbaycanla bağlı məsələ deyil, eləcə də Cənubi Qafqazda yerləşən ölkələrin (Azərbaycan və Gürcüstan) prezident seçkilərinin nəticələri müzakirə olunacaq. İlk ümumi fikir mübadiləsi noyabrın 6-da Fransanın paytaxtı Parisdə Monitorinq Komitəsində olacaq. Təbii ki, hər ikisi seçkilərlə bağlıdır. Bundan sonra bu müzakirələr noyabrın 22-də Vyanada keçiriləcək. Yanvar sessiyasında isə artıq Avropa Şurasının böyük Parlament Assambleyasında büro öz hesabatını təqdim edəcək. Bu hesabatların içərisinə 6 ay ərzində görülən işlər və seçkilər daxildir. Bir sözlə, üç mərhələdən ibarət proses davam edəcək. Biz bu məsələyə hazırıq. Həmin məsələlərlə bağlı Azərbaycan öz mövqeyini bildirib".
Səməd Seyidov AŞPA-nın 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərindən sonrakı mövqeyinə də münasibət bildirib: "Hazırda həmin mövqe AŞPA-nın missiyası tərəfindən hazırlanacaq və hesabatın tərkib hissəsinə çevriləcək. Bizim hansısa sənəd hazırlamağımıza ehtiyac yoxdur. Çünki Avropa Şurası və Parlamenti, ölkəmizə müxtəlif yerlərdən gələn missiyalar Azərbaycanda seçkilərin açıq, demokratik və şəffaf şəkildə keçirilməsinin şahidi olublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB