""Milli Şura" Azərbaycanda radikal müxalif siyasi qüvvələrin seçkiqabağı "bloku" idi. Dünən keçirilən mitinq də göstərdi ki, bu qüvvələr radikallıqdan əl çəkmək niyyətində deyillər və çıxışların əksər məğzi də buna yönəlmişdi". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə "Milli Şura"nın dünən keçirilən uğursuz mitinqinə münasibət bildirərkən deyib.
Millət vəklinin sözlərinə görə, dünən keçirilən mitinq radikalların illər keçdikcə sosial bazasının azaldığının bariz nümunəsi idi: "2003-cü ildə keçirilən prezident seçkilərində radikalların nümayəndəsi İsa Qəmbər 13% səs toplamışdısa, 10 il sonra radikallar 5 % səs toplaya bildilər. Onların dövlətə meydan oxuması, heç nəyə baxmayaraq öz siyasi istəklərini ortaya qoymaları radikalların hələ də sivil və demokratik dəyərlər çərçivəsində yaşamağa hazır olmamalarını göstərir. Onlar unudurlar ki, Azərbaycan keçid dövrünü bitirən demokratik, hüquqi dövlətdir və qanunla müəyyən edilən istənilən fəaliyyət icazə verilir".
"Radikal qüvvələr Azərbaycan qanunlarını pozmağa cəhd etsələr, müvafiq qaydada cavab alacaqlar"
"Milli Şura"nın "Razılaşdırılmış və ya razılaşdırılmamış nə baş verəcəksə, meydanlarda olacaq" çağırışına münasibətində A.Mirzəzadə vurğulayıb ki, radikal qüvvələr Azərbaycan qanunlarını pozmağa cəhd etsələr, müvafiq qaydada cavab alacaqlar: "Onların bu çağırışı heç də siyasi partiya liderlərinə aid deyil. Nədənsə, polislə toqquşmada, qanunu pozan hərəkətlər zamanı, icazəsiz aksiyalarda radikal müxalifət liderlərinə rast gəlinmir. Onlar sadəcə kabinetdə, müsahibələr verməyə daha çox üstünlük verirlər".
"Radikal müxalifət hər zaman olduğu kimi təcrübəsiz, emossional gənclərdən qərəzli siyasi məqsədləri üçün istifadə etməyə çalışır"
Millət vəkili hesab edir ki, belə çağırış daha çox təcrübəsiz, emossional gənclərə hesablanıb: "Radikal müxalifət hər zaman olduğu kimi, bu gənclərdən qərəzli siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Dünənki mitinq isə "Milli Şura"nın iflası idi. Cəmi 1000 nəfər kontinget yığa bilmələri, quruma daxil olanlarında mitinqə gəlməməsi "Milli Şura" ideyalarının cəmiyyət tərəfindən dəstəklənməməsinə ciddi mesaj idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB