Exit-poll "İmedi": Seçkilərdə Giorgi Marqvelaşvili liderlik edir
"İmedi" telekanalının sifarişilə ACT şirkətinin keçirdiyi exit-pollun nəticələrinə görə, hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili əminliklə liderlik edir. Giorgi Marqvelaşvili səslərin 68 faizini əldə edib.
İkinci yerdə 17.1 faizlə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradzedir. Onu 9.9 faiz səslə Nino Burcanadze izləyir.
Leyboristlərin lideri Şalva Natelaşvili 2.2 faiz, Giorgi Tarqamadze isə 1 faiz səs alıb.
Digər 18 namizəd isə 1 faiz səsi bölüşürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB