Gürcüstanda keçirilən prezident seçkilərində GFK şirkətinin təşkil etdiyi exitpoll-un nəticələrinə görə, hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili birinci turda qalib gəlib. GFK şirkətinin vitse-prezidenti Vadim Volos deyib ki, saat 18:00-a qədər səslərin 80 faizi sayılıb və Giorgi Marqvelaşvili 66.7 faizlə birinci yerdədir. Buna görə də, seçkilərdə ikinci tura ehtiyac qalmır.
Nəticələrə görə, ikinci yerdə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradze - 20.2 faiz. 7.5 faizlə Nino Burcanadze üçüncü, 2.1 faizlə Şalva Natelaşvili dördüncü, 1.1 faizlə Giorgi Tarqamadze beşinci olub.
Yerdə qalan 1 faiz isə digər 18 namizəd arasında bölünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB