Gürcüstan MSK məntəqələrdə kütləvi bülleten atılması ilə bağlı informasiyaları təkzib edib
Gürcüstanın Mərkəzi Seçki Komissiyası məntəqələrdə kütləvi bülletenləri seçki qutularına atılması ilə bağlı informasiyaları yoxlayıb.
"Demokratik hərəkat" partiyasının namizədi Nino Burcanadze deyib ki, Marneulidəki 26, 24, 26 və 58 saylı seçki məntəqələrində qutulara kütləvi bülletenlər atılıb.
MSK-nın mətbuat katibi Eka Azaraşvili bildirib ki, bu informasiya Mərkəzi Seçki Komissiyasına daxil olan kimi onlar yoxlanıldı və həqiqətə uyğun olmadığı üzə çıxdı.
O, bildirib ki, yalnız Zestafonidəki 9 saylı məntəqədə səsvermə prosesi müvəqqəti olaraq, dayandırılıb. Çünki, seçici seçki qutusunu zədələmişdi. Məntəqə seçki komissiyası bu məsələni araşdıracaq və səsvermənin davam etdirilməsi üçün qərar qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB