MSK: Gürcüstanda seçkilər normal şəraitdə keçir

MSK: Gürcüstanda seçkilər normal şəraitdə keçir

Gürcüstanda prezident semkilərilə əlaqədar olaraq, bütün məntəqələr işinə başlayıb. Bunu Gürcüstan MSK-nın nümayəndəsi Eka Azaraşvili bildirib.

Onun sözlərinə görə, yüksək dağlıq ərazidə yerləşən iki məntəqə ilə əlaqə saxlamaq mümkün olmayıb. Həmçinin, bir neçə məntəqə texniki problemlərə görə, gec açılıb.

Artıq seçkilərdə Leyborist Partiyasından namizəd Şalva Natelaşvili səs verib və hər kəsi seçkilərə dəvət edib. O, eyni zamanda, qələbəsinə əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə