BMT Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə mətbuat üçün iki bəyanat yayıb. Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyindən SİA-ya verilən məlumata görə, birinci bəyanat Malidə Çoxölçülü Vahid Stabilizasiya Missiyasına aid qüvvələrə qarşı Tessalit şəhərində törədilmiş terror aktı ilə əlaqədardır. Sənəddə bildirilir ki, Təhlükəsizlik Şurasının üzvləri iki Çad əsgəri və mülki şəxslərin ölümü, eləcə də ağır yaralanması ilə nəticələnmiş terror aktını sərt şəkildə tənqid edir, ağır itkilərin üz verdiyi ailələrə, Mali və Çad hökumətlərinə, eləcə də sülhməramlı missiyaya baş sağlığı verir.
İkinci bəyanat isə Qvineyada keçirilmiş parlament seçkiləri ilə əlaqədardır. Bəyanatda deyilir: "Təhlükəsizlik Şurasının üzvləri Milli Seçki Komissiyası tərəfindən ilkin nəticələrin açıqlandığı seçkilərin sülh şəraitində keçirildiyindən məmnunluq ifadə edir. Eyni zamanda, adıçəkilən Afrika dövlətinin Ali Məhkəməsinin yekun nəticələri təsdiq etməsindən sonra da müxalifəti təmkinlik və təskinlik nümayiş etdirməyə çağırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB