Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin dövlət başçıları adından Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib. SİA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, A.Lukaşenko bu gün MDB Dövlət Başçıları Şurasının kiçik tərkibdə iclasını açıq elan edərək deyib: "Sizə xalqınızın və ölkənizin çiçəklənməsi naminə əmək sərf etməyinizi arzulayırıq".
Belarus Prezidenti, həmçinin MDB dövlət başçıları adından Tacikistan Prezidenti Emomali Rahmona noyabrda keçiriləcək prezident seçkilərində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB