Elşən Musayev: “Cəmil Həsənli Tana de Zuluetanın xətrinə dəyə biləcəyindəndəmi ehtiyat etmir?”
"Görünən budur ki, Cəmil Həsənli artıq uğursuzluq zolağından çıxmaq üçün ən son variantlara əl atıb. Ağlı və ağzı arasındakı bütün rabitəni itirib. Maraqlı hallusinasiyalar görür. Hətta durum o qədər vahimdir ki, adam az öncə dediklərini belə inkar etməkdən çəkinmir". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Cəmil Həsənlinin son mətbuat konfransında səsləndirdiyi ittihamlara münasibət bildirərkən söyləyib.
"Sözün əsl mənasında biabırçılıqdır. Eyni zamanda absurddur. Təsəvür edin, Həsənli deyir ki, seçkidə 20 faiz seçici iştirak edib. Təqdim olunan rəqəm isə karusel hesabına ortalığa çıxıb. Bu yerdə yadıma, məhşur bir filmdən sitat düşdü: "Dosent, səni pilləkəndən atandan sonra deyəsən başının ikinci tərəfi də xarab olub"… Və ya, adama deyən lazımdır ki, yaxşı bəs hər şey sən söylədiyin kimidirsə o zaman gunlərdir əlində bayraq etdiyin ATƏT-in Müşahidə missiyasının hesabatını hara yazaq, neyləyək? Axı hətta o qondarma hesabatda belə, seçici aktivliyi xüsusi vurğulanıb. Ya da belə deyək: Cəmil Həsənli görəsən Tana de Zuluetanın xətrinə dəyə biləcəyindəndəmi ehtiyat etməyib?
Digər bir məqam: "Milli Şura"nın dublyor namizədi iddia edir ki, inaqurasiya ilə bağlı məsələdə xüsusi məqamlar var. Və guya Qərb ölkələrinin seçkini tanımaması səbəbindən proseslə bağlı tələskənliyə yol verilib". Bu isə artıq açıq aqressiyadır. Göz görəsi isterikadır. Demək ki, Cəmil Həsənli növbəti səfərdən əli boş gəlişini heç cür həzm edə bilmir. Elə bu səbəbdən də artıq seçkinin, mitinqin başını buraxıb ölkənin sırf daxili işi olacaq məsələlərlə bağlı müzakirə açır, rəy verir. O biri tərəfdən də Qərb ölkəsi dediyinin ən başında gedən Amerikanın səfiri bəyən edir ki, Azərbaycan hakimiyyəti ilə bağlı əməkdaşlığı davam etdirməyə səbrsizlənirmişlər. Yəni, adam sanki Həsənlinin kəlmə kəsməsini gözləyir ki, ağzından vursun.
Əlqərəz, həmin mətbuat konfransında söylənilənlər nağıllar aləminə səyahətdən savayı bir şey deyil. Və ya, bunların danışdıqları ilə reallıq arasında rabitə sözün əsl mənasında itib. Odur ki, hələ bu kontekstdə növbəti sərsəmləmələrə də hazır olmamız lazım. Çünki, bənzər şoular və tamaşalar hər zaman radikal müxalifətin gündəmindədir", - deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB