Aydın Mirzəzadə: “Yeni vəzifələrə təyin olunan şəxslər böyük təcrübəyə malikdirlər” MÜNASİBƏT
"Ötən gün Prezident İlham Əliyevin yeni hökumətin təsdiqi ilə bağlı verdiyi sərəncamla etimadı doğruldan, rəhbərlik etdiyi sahədə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən şəxslər öz postlarında saxlanıldılar. Eyni zamanda sərəncama əsasən, hökumətdə müəyyən dəyişikliklər də edildi. Hesab edirəm ki, baş nazirin müavinlərinin sayının 4-dən 6-ya çatdırılması Azərbaycan hökumətinin qarşısında duran vəzifələrin sayının artması ilə bağlıdır". Bu fikirləri SİA-ya millət vəkili Aydın Mirzəzadə ötən gün dövlət başçısının hökumətin təsdiqi ilə bağlı imzaladığı sərəncama münasibət bildirərkən deyib.
Millət vəkili vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, icra katibi Əli Əhmədovun baş nazirin müavini təyin edilməsi, ölkə başçısının YAP-ın kadr potensialına yüksək qiymət verdiyini bir daha ortaya qoydu: "Yeni vəzifələrə təyin olunan şəxslər müxtəlif sahələrdə çalışdıqları üçün böyük təcrübəyə malikdirlər və bu da onların tutduqları vəzifələri layiqincə yerinə yetirəcəklərinə heç bir şübhə yeri qoymur".
A.Mirzəzadə əlavə edib ki, müdafiə nazirinin dəyişməsi isə ölkə prezidentinin silahlı qüvvələrin qarşısına qoyduğu yeni, yüksək vəzifələrlə bağlıdır: "Bu qərar cəbhə xəttində Azərbaycan ordusunun mövqeyinin güclənməsi, faəllığının daha da artması, orduda itkilərin sayının azaldılması, zabit və hərbi qulluqçuların sosial müdafiəsinin güclənməsinə xidmət edir. Müdafiə naziri vəzifəsinə təyin edilən general-polkovnik Zakir Həsənov professional hərbiçidir və Azərbaycan cəmiyyətinə tanışdır. Düşünürəm ki, göstərilən etimadı həm o, həm də digər nazirlər yüksək səviyyədə doğruldacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB