Ziyafət Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

Ziyafət Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ziyafət Əsgərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyafət Abbas oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə