“Görəsən Elşad Abdullayev Cəmil Həsənlinin seçki kampaniyasında nə qədər vəsait xərcləyib?” İDDİA

“Görəsən Elşad Abdullayev Cəmil Həsənlinin seçki kampaniyasında nə qədər vəsait xərcləyib?” İDDİA

"Cəmil Həsənlinin efirdə Elşad Abdullayevin adını mütəmadi olaraq çəkməsinin səbəbləri indi-indi bəlli olur. Çünki Cəmil Həsənli prezident olsaydı, yəqin ki, Elşad Abdullayev nazir vəzifəsində olacaqdı". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Cəmil Həsənlinin "Avropa turnesi" çərçivəsində Elşad Abdullayevlə görüşməsinə dair məsələyə münasibət bildirərkən deyib.

N.Orduxanlı əlavə edib ki, Cəmil Həsənli ölkə başçısı seçilsəydi, Elşad Abdullayevlə "hökumət" formalaşdıracaqdı: "Cəmil Həsənli bu adamla korrupsiyaya qarşı mübarizə aparacaqdı? Dünən Cəmil Həsənli Elşad Abdullayevlə Fransada çəkilən şəkillərini yayıb. Bu şəkildən sonra fikirləşirdim ki, görəsən Elşad Abdullayev Cəmil Həsənlinin seçki kampaniyasında nə qədər vəsait xərcləyib?"

N.Orduxanlı vurğulayıb ki, Elşad Abdullayev Azərbaycan xalqının kasıb təbəqəsinin milyonlarla vəsaitini oğurlayıb xaricə qaçan biridir: "Heç bir varlı övladı onun "donqili" unversitetində təhsil almırdı. Minlərlə kasıb balasının pulunu oğurlayan adamla belə isti münasibəti onu göstərir ki, Cəmil Həsənlinin əsas məqsədi korrupsioner Elşad Abdulalyev və Rəsul Quliyevlə birgə bu xalqı talamaq imiş. Bu səbələrə görə də, xalq Cəmil Həsənlini dəstəkləmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə