Milli Məclisin bugünkü iclasında "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanuna dəyişiklik edilməsi barədə məsələyə baxılıb. SİA-nın məlumatına görə, dəyişikliklə qanunun 9.2-ci maddəsi aşağıdakı redaksiyada veriləcək: "9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir".
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB