XİN müavini:"Birtərəfli qərarların verilməsində böyük mənfəət görmürəm"
Xarici işlər nazirinin müavini Araz Әzimov Azərbaycanın Avrasiya Gömrük İttifaqına qoşulması üçün səslənən təkliflərə münasibət bildirib.
SİA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən A.Əzimov bildirib ki, bu cür birliklərin yaradılması hələlik, başlanğıc mərhələsindədir.
Onun sözlərinə görə, burada çoxlu aspektlər var və bunları nəzərdən keçirmək lazımdır: "Bütövlükdə, Azərbaycan daha geniş formatlarda əməkdaşlıqda iştirak edən dövlətdir. Hazırda Azərbaycan iqtisadi və siyasi çərçivələrdə daha geniş töhfələr verir. İnanmıram ki, biz 360 dərəcəyə baxan siyasətə dəyişiklik etməliyik. Çünki Azərbaycan beynəlxalq cəmiyyət və təşkilatların üzvüdür. Odur ki, birtərəfli qərarların verilməsində mən böyük mənfəət görmürəm. Digər tərədən isə Azərbaycan özünə güvənən və öz milli təbii və iqtisadi resurslarından faydalanan ölkədir. Regional çərçivədə isə Azərbaycanın bu potensialından bəhrələnən ölkələr də var. Azərbaycan xarici ölkələrə xeyir verən və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən dövlətdir. Bütün bunlara görə də hər hansı birtərəfli formata daxil olmağımız məncə uyğun olmazdı. Çünki Azərbaycan bir istiqamətə baxmamalıdır. Azərbaycan bütün tərəflərdə öz maraqlarına uyğun iştirak edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB