Araz Əzimov: "Son vaxtlar ATƏT də müşahidə etdiyimiz mənfi tendensiyaların qarşısı alınsın"

Araz Əzimov: "Son vaxtlar ATƏT də müşahidə etdiyimiz mənfi tendensiyaların qarşısı alınsın"

"Azərbaycan ATƏT-in üzvüdür. Ona görə də ATƏT-lə əməkdaşlıq məsələsi formula deyil. Biz istərdik ki, bu təşkilatda son vaxtlar müşahidə etdiyimiz mənfi tendensiyaların qarşısı alınsın. Bu təşkilat doğurdan da bütün üzv ölkələrin təşkilatı olmalıdır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 9 oktyabr seçkilərinə verdiyi qiymətdən sonra ATƏT-lə əməkdaşlığın gələcəyi barədə suala cavabında deyib.

Onun sözlərinə görə, sözügedən təşkilatın daxilində hansısa bölüşdürücü xətlər olmamalıdır: "İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə