Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bakının Xətai rayonu ərazisində "Gilan Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışında iştirak edib. SİA-nın məlumatına görə, bu zavod Azərbaycan Prezidentinin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və "Gilan Holdinq" MMC-nin vəsaiti hesabına yaradılıb.
Dövlət başçısı müəssisəni işə salıb və istehsal prosesi ilə tanış olub. Bildirilib ki, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Müəssisədə ümumilikdə 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur.
Sonra Prezident İlham Əliyev zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxıb. Dövlət başçısı müəssisədə yaradılan şəraitdən razılığını bildirib.
Sonra Prezident İlham Əliyev paytaxtın Xətai rayonundakı Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, ərazisi 1,8 hektar olan parkda yenidənqurma işlərinə bu ilin yanvarında başlanılıb, avqustda başa çatdırılıb. Parkda geniş yaşıllıq zolağı salınıb, attraksionlar, fəvvarə kompleksi, ana və uşaq kafesi yaradılıb. Parkda sakinlərin istirahətinin səmərəli təşkili üçün hər cür şərait var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB