ATƏT insidentlə bağlı BƏYANAT YAYDI

ATƏT insidentlə bağlı BƏYANAT YAYDI

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 17-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı baş verən insidentlə bağlı bəyanat yayıb.

SİA-nın məlumatına görə, bəyanatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra köməkçiləri təmas xəttinin cənub istiqamətində keçirilən monitorinqdə iştirak ediblər. Hər iki tərəfin yerli komandirlərindən təhlükəsizlik zəmanətləri alandan sonra ATƏT-in hər iki komandası müşahidə nöqtəsinə çatanda, atəş səsləri eşidilib. Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkün olmayıb.

ATƏT-in Minsk Qrupun həmsədrləri deyiblər ki, bu cür istisnalı və təəssüf doğuran insidentlər həmin şəxslərin, şəxsi nümayəndənin və onun komandasının işini, eyni zamanda 1994-cü ilin mayında əldə olunan atəşkəs razılaşmasını pozur.

ATƏT həmsədrləri rəsmiləri hadisəni qərəzsiz araşdırmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə