Politoloq: “Yenidən prezident seçilən İlham Əliyev Ermənistanın Azərbaycana qarşı olan təhdidlərini aradan qaldıracaq”
"Ötən 5 ildə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli və müasir Ermənistanın qədim Azərbaycan torpaqları olması barədə fikirləri beynəlxalq aləmə təqdim edildi. İlham Əliyevin yenidən Prezident seçilməsi tarixi torpaqlarımızı Ermənistandan almaq uğrunda siyasi mübarizənin daha qətiyyətlə davam etdirilməsi deməkdir. SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.
Politoloq bildirib ki, Azərbaycanın silahlanması beynəlxalq aləmdə narazılıq yaratmır: "Ermənistanın düşdüyü vəziyyətdə İlham Əliyevin ötən 5 ildə apardığı siyasətin böyük rolu var. Bu siyasət davam edəcək. Yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin başlanması çox ehtimal olunandır. Lakin Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları prizmasından həlli Azərbaycanla Ermənistan arasında bütün problemlərin həll olunması anlamına gəlməməlidir. İndiki parametrli Ermənistan həmişə müxtəlif iri qüvvələrin əlində region dövlətlərinə, xüsusilə Azərbaycana qarşı alət olub. Ermənistan məsələsinin həlli ermənilərin başqa qüvvələrin əlində alət olmaq imkanından məhrum edilməsi deməkdir. Müstəqil Azərbaycan son 10 ildə xüsusi inkişaf yoluna qədəm qoyub, çoxlu təhdidləri aradan qaldırıb. Ermənistan dövlətinin indiki strukturu, erməni siyasətçilərinin düşüncə tərzi müstəqil Azərbaycanın gələcək inkişafı üçün ən böyük təhdiddir. Bu təhdid aradan qaldırılmalıdır. Ermənistan ya yenidən strukturlaşmalı, ya da bu regiondan itməlidir. Yenidən prezident seçilən İlham Əliyevin əvvəlki illərdə apardığı siyasət bu təhdidin aradan qaldırılacağına inanmağa tam əsas verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB