Rəşad Məcid: “Bu qələbə təbiidir və belə də olmalı idi” MÜNASİBƏT
"Azərbaycan Prezidenti İlham Əliyevin qələbəsi gözlənilən idi". Bu sözləri SİA-ya "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid ölkə başçısının qələbəsi ilə bağlı fikirlərini bildirərkən deyib.
O bildirib ki, ölkə əhalisinin seçkilərdə aktiv iştirakı sevindirici haldır. Onun sözlərinə görə, 9 oktyabrda ölkəmizdə keçirilən seçkidə iştirak edən hər bir kəs Azərbaycanın gələcəyinə, inkişafına səs verirdi: "Azərbaycan xalqı ölkə başçısının gördüyü işləri görür və yüksək qiymətləndirir. Bu qiymətin nəticəsi olaraq da onlar 9 oktyabrda keçirilən prezident seçkilərində birmənalı olaraq ölkə başçısına səs verərək onu yenidən prezident seçdi. Bu qələbə təbiidir və belə də olmalı idi. Ölkəmizdə həyata keçirilən işlər, atılan addımların davamlı olması üçün xalqımız doğru seçim edərək Prezident İlham Əliyevi yenidən ölkə başçısı seçdi. Qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm, çünki bu hamımızın qələbəsidir. Azərbaycanı istəməyən, ölkəmizin inkişafına qısqanan qüvvələr seçki ilə bağlı müəyyən əngəl törətməyə çalışsalar da, bu mümkün olmadı. Ona görə ki, Azərbaycan xalqı yaxşını pisdən ayıraraq birmənalı şəkildə iradəsini nümayiş etdirməklə, növbəti 5 ildəki namizədini təsdiqlədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB