İlham Əliyevin yeni prezidentlik müddəti strateji tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda bizə kömək edəcək
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi A.Lukaşeviç həftəlik brifinqdə Azərbaycanda prezident seçkilərinin nəticələrini yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərdə bundan sonra da yalnız irəliləyişlər olacaq: "Rusiya prezidenti V.V.Putin İlham Heydər oğlu Əliyevi yenidən prezident seçilməsi münasibətilə artıq təbrik edib. Təbrik teleqramında hər şey ifadə olunmuşdur. Düşünürəm ki, münasibətlərimizdə heç bir əsaslı dəyişiklik olmayacaqdır - əlaqələr daha da yaxşılaşacaqdır. Azərbaycan lideri seçkilərdə çox böyük üstünlüklə qələbə qazanmışdır və bu, onun siyasi nüfuzunu və cəmiyyətdə güclü təsirə malik olduğunu təsdiq edir. Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə çoxşaxəli qarşılıqlı əlaqələr yaranmışdır. İlham Əliyevin yeni prezidentlik müddəti strateji tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda bizə kömək edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB