Azərbaycanda keçirilmiş prezident seçkiləri Pakistanda maraqla izlənib
Azərbaycanda keçirilmiş prezident seçkiləri Pakistanın nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Pakistanın ən böyük tirajlı urdu dilli "Navai Vakt", "Janq", ingilis dilli "Daily Times", " The News" qəzetləri, həmçinin "DNA News" və "Lahor Times" informasiya agentlikləri, "Radio Pakistan", "PTV" televiziya kanalı, "Centreline" və "Diplomatic Star" jurnalları Azərbaycanda keçirilmiş seçkilərin 60 yaxın ölkənin təmsilçiləri, həmçinin ATƏT, Avropa Şurası, AŞPA, Avropa İttifaqı, Türkdilli Ölkələrin Parlament Assambleyası , MDB və digər təşkilatlardan olan 1400-dən çox xarici və 52 min yerli müşahidəçi tərəfindən izləndiyini vurğulayıblar.
Qeyd olunub ki, senator Müşahid Hüseynin rəhbərliyi ilə 16 nəfərdən ibarət Pakistan nümayəndə heyəti də prezident seçkilərini izləmək məqsədi ilə Azərbaycana səfər edib.
Həmçinin bildirilib ki, 1000-dən çox seçki məntəqəsində quraşdırılmış veb-kameralar seçkiləri internet vasitəsi ilə canlı müşahidə etməyə imkan verib, dünyanın yüzdən çox aparıcı KİV-ləri seçkilərdən reportajlar hazırlayıb.
Məqalələrdə tam şəffaf və demokratik şəkildə keçirilmiş seçkilərdə İlham Əliyevin 84 faizdən çox səslə inamlı qələbə qazandığı qeyd olunub. Pakistan nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyi barədə məlumat verilib və bildirilib ki, görüşdə Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq hissləri ifadə edilib, Kəşmir məsələsində Azərbaycanın Pakistanın yanında olduğu bir daha vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB