Azərbaycan Demokrat Partiyasının prezidentliyə namiəzdi Sərdar Cəlaloğlunun Seçki Qərargahı bəyanat yayıb. SİA-nın əldə etdiyi bəyanatın mətnində deyilir: "Azərbaycan Demokrat Partiyası Seçki Qərargahı seçki resurslarının məhdudluğuna görə öz namizədinin bu seçkilərdə məğlub olduğunu qəbul edir. Azərbaycan Demokrat Partiyası ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə qaldırılmasının vacibliyini, demokratiyaya yumşaq keçidin tərəfdarı olduğunu bir daha vurğulayır, İlham Əliyevin yeni prezidentlik dönəminin dövlətimizə və xalqımıza xeyirli olmasını arzu edir, iqtidarı ölkə daxili sabitliyin qorunması, ölkənin demokratiyaya tədrici keçidi, ölkədəki problemlərin həlli istiqamətində demokratik islahatların aparılmasına çağırır və bu istiqamətdə konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha bildirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB