Elşən Musayev: “Azərbaycan xalqı radikal müxalifəti tərs sillə ilə tükətdi”
"İlham Əliyevin qələbəsi möhtəşəm qələbədir. Hətta o qədər möhtəşəmdir ki, bütün fəalliyətləri boyu siyasi cığallıq və isterika fəndlərindən bəhrələnən radikal müxalifət bu dəfə həmin ənənədən, siyasi bleflərdən istifadə gücünü belə özündə tapa bilmir. Çünki, tamamən tükəndilər. Daha doğrusu Azərbaycan xalqı növbəti tərs sillə ilə tükətdi onları. Eşq olsun həmin xalqa! Eşq olsun bu millətin vətəndaşına". SIA xəbər verir ki, bu fikrləri politoloq Elşən Musayev dünən ölkədə keçirilən Prezident seçkilərinin nəticələrinə münasibət bildirərkən söyləyib.
"Azərbaycan siyasətinin "şəngülümləri" Cəmil Həsənlinin timsalında bir-iki cızma-qara xarakterli bəyənatdan o yana keçə bilməyəcək. Və əgər diqqət yetirirsinizsə, bu binəvalar dünəndən etibarən bəxtləri ilə tamamən barişmış durumdalar. Hətta radiakl mətbuatın manşetlərində belə sanki etiraf, susqunluq tablosu var. Çünki təhqir, böhtan və iftira taktikasının hansı sonuca vardığının fərqindələr. Gec də olsa fərqindələr. Və ya, artıq özündə dolğun bir siyasi şüuru əxz edən Azərbaycan vətəndaşı İlham Əliyevə verdiyi səslə həm də onu ifadə etmiş oldu ki, o öz gələcəyinə tərbiyəsiz, səviyyəsiz müxalifətlə deyil, nümunəvi və ləyaqətli insanlarla davam etmək istəyir.
Artıq bu gündən etibarən müxalif cəbhədə qarşılıqlı ittihamlar yer almaqdadır. Tam da təbii qəbul edirəm bu prosesi. Hələ daha da aqressivləşəcəklər, bir-birinin ətini yeyib, qanını soracaqlar. Özləri öz sonlarına çıxacaqlar. Hərçənd o "son"dediyimizin bundan ötə də bir ünvanı, dalanı varmı?-bu da ayrı bir mövzunun söhbətidir.
Başında İbrahimbəyov, önündə Cəmil Həsənli, sağında və solunda Əli Kərimli, Isa Qəmbər kimi uğursuzlar gedən müxalifət bu acı məğlubiyyəti haqq edirdi. Həm də tam anlamı ilə. Getsinlər artıq Azərbaycan siyasətindən. Düşsünlər artıq bu millətin yaxasından. Öz siyasi kimliklərini barı son seçkinin nəticələrinə baxıb görsünlər, dərk etsinlər artıq!", - deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB