MSK: "İlham Əliyev 84.59 % səslə irəlidədir"

MSK: "İlham Əliyev 84.59 % səslə irəlidədir"

Mərkəzi Seçki Komissiyası Prezident seçkiləri ilə bağlı etibarlı hesab edilən səslərin namizədlər üzrə bölgüsünün ilkin nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, MSK sədri bildirib ki, Azərbaycanda mövcud olan 70 məcburi köçkün yaşayış məntəqəsində yaradılan məntəqələrdən 26-sı protokolları fiziki olaraq çatdırmayıb: "Ona görə də seçkinin nəticələrini yekun olaraq açıqlamaq mümkün deyil. Ölkə üzrə olan 5492 seçki məntəqəsindən 5466 seçki məntəqəsi seçki protokollarını MSK-ya təqdim edib. Səsvermə hüququ olan 5 165 005 seçicidən 3 686 692 seçici səs verib. Ümumi seçici fəallığı isə hazırda 72.01 % təşkil edib. Bütün məntəqələrdə baş tutan prezident seçkiləri ilə bağlı MSK-ya heç bir müraciət daxil olmayıb. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 84,59% (3 118 287 səs) səslə prezident seçkilərinin qalibi olub".

İlham Əliyev - 84,59 faizlə (3 118 287 səs)

Cəmil Həsənli - 5,54% (204 108 səs)

İqbal Ağazadə 2,38% (87 8447 səs)

Qüdrət Həsənquliyev - 1,98% (73 136 səs)

Zahid Oruc - 1,45% (53 352 səs)

İlyas İsmayılov - 1,07% (39 319 səs)

Araz Əlizadə - 0,86% (31 753 səs)

Fərəc Quliyev - 0,86% (31 570 səs)

Hafiz Hacıyev - 0,66% (24 254 səs)

Sərdar Məmmədov - 0,61% (22 568 səs)

MSK sədri İlham Əliyevə təbriklərimizi çatdırıb. Bildirib ki, de-fakto böyük səs çoxluğu ilə İlham Əliyev irəlidədir və yaxın 4 gündə seçkinin seçkilərin yekun nəticələri məlum olacaq və MSK rəsmi qərar çıxaracaq. Rəsmi nəticələr isə təsdiq üçün 10 gün müddətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə