Prezident seçkilərinin İLKİN NƏTİCƏLƏRİ

MSK-nın məlumatına görə, İlham Əliyev 84,70 % səslə öndədir
Prezident seçkilərinin İLKİN NƏTİCƏLƏRİ

Mərkəzi Seçki Komissiyası Prezident seçkiləri ilə bağlı etibarlı hesab edilən səslərin namizədlər üzrə bölgüsünün ilkin nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, 4183 (76.7%) seçki məntəqəsindən daxil olan protokollarının nəticələrinə əsasən İlham Əliyev böyük səs çoxluğu ilə (84.07 %) qələbə qazanıb.

M.Pənahov vurğulayıb ki, rəsmi şəkildə MSK-ya heç bir şikayət daxil olmayıb.

1. Əliyev İlham Heydər oğlu 84.07 %

2. Həsənli Cəmil Poladxan oğlu 5.18 %

3. Ağazadə İqbal Fehruz oğlu - 2.31%

4. Həsənquliyev Qüdrət Müzəffər oğlu 2.11%

5. Oruc Zahid Məhərrəm oğlu 1.05 %

6. İsmayılov İlyas Abbas oğlu 1.12 %

7. Əlizadə Araz Məmməd Mübariz oğlu 0.88 %

8. Quliyev Fərəc İbrahim oğlu - 0. 87%

9. Hacıyev Hafiz Ələmdar oğlu 0.79 %

10. Məmmədov Sərdar Calal oğlu 0.63 %

MSK-nın ilkin nəticələrini aşağıdakı link vasitəsi ilə mütəmadi olaraq izləyə bilərsiniz:

https://infocenter.gov.az/e-services/prezident2013.aspx?i=3

Bütün xəbərlər Facebook səhifəmizdə