Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahı qarşısında bayram əhval-ruhiyyəsi yaşanıb. Belə ki səsvermə prosesi başa çatdıqdan sonra hakim partiyanın tərəfdarları paytaxt küçələrinə çıxıblar. Azərbaycan Respublikasının Dövlət Bayrağı və üzərində Yeni Azərbaycan Partiyasının loqosu bəzədilmiş avtomobil karvanları paytaxtın mərkəzi küçə və prospektlərində siqnal verərək "Qələbə" sevincini qeyd ediblər.
Dənizkənarı Milli Parka doğru uzanan yolda maşın karvanı şəhər sakinlərinin marağına səbəb olub. Gənclər əllərində Azərbaycan Respublikasının dövlət barağı və YAP-ın logosu əks olunan bayrağı dalğalandırıblar. Həmçinin burada "Mənim Prezidentim" yazılan bayraqlar da olub.
Aksiyada YAP-ın nümayəndələri, millət vəkilləri, hökumət rəsmiləri, gənclər və şəhər sakinləri də iştirak ediblər.
Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib ki, İlham Əliyevin qələbəsi Azərbaycan xalqının qələbəsidir: "Azərbaycan xalqı gələcəyinə səs verərək İlham Əliyevi qalib etdi. Bununla da Azərbaycan xalqı növbəti 5 il üçün özünün inkişaf yolunu seçdi".
Qeyd edək ki, Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə "Sahil Bağı"nda konsert proqramı keçirilib. Konsertdən öncə isə motoyürüş olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB