“AJF & Associates, Inc.” təşkilatının keçirdiyi exit-polun nəticələri açıqlanıb
"AJF & Associates, Inc." təşkilatı keçirdiyi exit-polun nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, tәşkilatın nümayəndəsi Corc Bombion bildirib ki, ilkin nəticələrə görə AJF Associated 125 seçki dairəsi üzrə 6 000 seçicidən müsahibə alıb.
Onun sözlərinə görə, sorğunun nəticələrinə əsasən 82,7 % səsi hazırki prezident İlham Əliyev toplayıb, exit-polun nəticələrinə görə ikinci yerdə səslərin 8,8%-ni toplayan Cəmil Həsənlidir, üçüncü yerdə isə 2,9 % səslə Qüdrət Həsənquliyevdir.
O, həmçinin qeyd edib ki, İqbal Ağazadə 1,7 %, Araz Əlizadə 0,5%, Hafiz Hacıyev 0,4%, İlyas İsmayılov 0,5%, Sərdar Cəlaloğlu 0,6%, Zahid Oruc 0, 7%, Fərəc Quliyev 0,6% səs toplayıb.
Təşkilatın nümayəndəsinin sözlərinə görə, altmış mindən (60 000) çox respondentlər arasında sorğu keçirilib. Bombionun sözlərinə görə, sorğular zamanı baş verən xətalar 0,7 % təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB