Çexiyalı müşahidəçilər seçicilərin aktivliyi və seçki prosesinin şəffaflığını vurğulayıblar
Çexiya Respublikasından gəlmiş 3 əsas partiyaların nümayәndәlәri Bakıda və şəhərdən kənarda yerləşən bir neçə seçki məntəqələrində keçirilmiş prezident seçkilərini izləmə imkanı əldə ediblər. SİA-nın məlumatına görə, bu haqda nümayəndələr Müstəqil Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında bildiriblər.
Onların sözlərinə görə, seçkilər yaxşı təşkil olunmuşdu və sərbəst şəraitdə keçirilib: "Çexiya nümayəndələrinin sözlərinə görə, müxalifət partiyalarının seçkilərdə iştirak etməsi seçki prosesi üçün stimul oldu."Seçicilərin yüksək aktivliyi müşahidə olundu və ümid edirik ki, Seçkilər Azərbaycanın demokratik inkişafının möhkəmlənməsində növbəti mərhələ olacaq".
Müşahidəçi qismində çıxış edən Çexiya parlamentinin keçmiş deputatı qeyd edib ki, seçkilər demokratik keçib və seçicilərin yüksək fəallığı müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB