"Azərbaycan xalqı İlham Əliyevə dəstək olmaqla gələcəyə, inkişafa və tərəqqiyə səs vermiş oldu" Münasibət

"Azərbaycan xalqı İlham Əliyevə dəstək olmaqla gələcəyə, inkişafa və tərəqqiyə səs vermiş oldu" Münasibət

"Azərbaycan xalqı Prezident İlham Əliyevə dəstək olmaqla gələcəyə, inkişafa və tərəqqiyə səs vermiş oldu. Azərbaycan dünyaya sübut etdi ki, ölkəmizdə hər zaman azad, ədalətli və demokratik seçki keçirilir. Bugünkü seçki prosesində qazanılan qələbə də bunun bariz nümunəsidir". SİA-nın məlumatına görə, bunu açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkə başçısı İlham Əliyevin böyük səs çoxluğu ilə qələbə qazanması münasibəti ilə xalqımızı təbrik edərkən deyib.

Onun sözlərinə görə, istər Azərbaycanda akreditə olunmuş 1000-dən çox xarici müşahidəçilər, istərsə də ölkənin daxilində olan 40 mindən çox yerli müşahidəçilərin hər biri dövlətimizdə şəffaf seçkilərin keçirilməsini şahidi oldu və bunu da öz çıxışlarında bəyan ediblər: "Prezident cənab İlham Əliyevi dəstəkləyən bütün Azərbaycan xalqını təbrik edirəm. Seçkiöncəsi keçirilən sorğularda da göstərilib ki, İlham Əliyev yüksək səs çoxluğu ilə hər zaman öndə olub. Bu qələbə Azərbaycan üçün böyük qələbədir".

Bütün xəbərlər Facebook səhifəmizdə