Səbaildə seçicilərin 70%-i səs verib

Səbaildə seçicilərin 70%-i səs verib

23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının 22-ci məntəqəsində saat 17:00-a olan nəticələrə görə səsverənlərin sayı 800 nəfəri ötüb. SİA xəbər verir ki, bu da qeydiyyatdan keçən seçicilərin 70%-ni təşkil edir.

Məlumata əsasən, indiyə qədər heç bir qanun pozuntusu qeydə alınmayıb. Səsvermənin sona çatmasına az vaxt qalsa da, seçici fəallığı davam edir.

Nailə İbrahimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə