Yasamal rayonunda 67904 nəfər seçici səs verib YENİLƏNİB-FOTOLAR
"Səhər saatlarından başlanan seçki prosesi demokratik şəraitdə davam edir". SİA-nın xəbərinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları üzrə iş şöbəsinin müdiri Elşən Mustafayev saat 15:00-a olan 15 saylı Yasamal I Dairə Seçki Komissiyası, 17 saylı Yasamal III Dairə Seçki Komissiyası və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyası haqqında məlumat verib.
Onun sözlərinə görə, saat 15:00-a olan məlumatda 67904 nəfər seçici müəyyən olunmuş məntəqələrə gələrək öz namizədinə səs verib. Bu da 51 faiz nisbətində ölçülür. Qeyd etmək istəyirəm ki, seçicilərin səsvermə prosesində heç bir narazıçılıq qeydə alınmayıb".




.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB