Sumqayıtda Cəmil Həsənlinin tərəfdarı onun təbliğatını aparıb

Sumqayıtda Cəmil Həsənlinin tərəfdarı onun təbliğatını aparıb

Sumqayıtda seçici fəallığı mövcuddur. Bunu SİA-nın müxbirinə 42 saylı Sumqayıt seçki dairəsinin 28 saylı məntəqəsinin sədri Natiq Ağayevin deyib. O bildirib ki, insanların azad və demokratik şəkildə məntəqə gəlib səs verməsi üçün hər cür şərait yaradılıb.

Məntəqədə olduğumuz zaman öyrəndik ki, "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin müşahidəçisi Firudin Əhmədli məntəqə açılmamış məntəqə komissiyasının üzvlərini, eləcə də səs vermək üçün gözləyən insanları təhqir edib, eləcə də Seçki Məcəlləsinin tələblərinə zidd olaraq Cəmil Həsənlinin təbliğatını aparıb. F.Əhmədli 8:30-da seçki qutularına yaxınlaşıb səs verməyə hazırlaşan seçicilərə "Cəmil Həsənliyə səs verməyən kişi deyil" – deyə onlara çağırış edib.

Saat 10:40-da isə "Milli Şura"nın Sumqayıt şəhərində səlahiyyətli nümayəndəsi F.Əhmədlini məntəqədən götürüb aparıb. Təxribat hərəkəti ilə bağlı məntəqə sədri N.Ağayev akt tərtib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə